AZ   |   RU
Nyu Yorkda qar fırtınası baş verdi - Ölənlər var

ABŞ-ın Nyu-York ştatında qar fırtınası baş verib. 

Missiya. Az xarici KİV-ə istinadən xəbər verir ki, fırtına nəticəsində iki nəfər ölüb. 
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, çovğunun bazar gününə qədər davam edəcəyi gözlənilir.
Belə ki, cümə axşamından bəri təsirli olan qar fırtınası həyata mənfi təsir edib.
Başda Nyu-York şossesi olmaqla bir çox yol fırtına səbəbiylə qarla örtüldüyü üçün nəqliyyatda problemlər yaşanıb.

  • 19-11-2022, 22:01