AZ   |   RU
İtaliya Baş Konsulluğu Rusiya pasportlarına dair qərarı dəyişib

İtaliyanın Baş Konsulluğu viza almaq üçün Rusiya pasportlarının qəbulunu məhdudlaşdırmaq qərarına dəyişiklik edib. 

Missiya.Az
xəbər verir ki, bu barədə Moskvada rəsmi olaraq akkreditə olunmuş İtaliya Viza Müraciət Mərkəzinin “Visa Management Service” saytı məlumat yayıb.

"Rusiya Federasiyası vətəndaşlarının həm biometrik, həm qeyri-biometrik xarici pasportlarının bütün növləri baxılmaq üçün qəbul edilir", - deyə  nəşrdə yazılıb.

Noyabrın 14-də bildirilmişdi ki, İtaliya viza mərkəzləri ruslar üçün viza almaq üçün yeni tələblər irəli sürür  və qeyd olunub ki, Rusiya Federasiyası vətəndaşlarının biometrik olmayan pasportları artıq qəbul edilmir.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 18-11-2022, 18:15