AZ   |   RU
İranda terror aktı törədilib, 5 nəfər ölüb


İranın Xuzistan əyalətində terror aktı törədilib.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, İranın Xuzestan əyalətinin İze bölgəsində naməlum şəxslər tərəfindən insanlara və polislərə atəş açılıb.

Motosikletlə bir neçə nəfər insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb.

İndiyədək 5 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilir.


  • 16-11-2022, 22:03