AZ   |   RU
İranda iki polkovnik öldürülüb

İranda öldürülən iki zabitdən biri polis polkovniki, digəri isə SEPAH mənsubu olub.

Missiya.Az
xəbər verir ki, bu haqda Qərbi Azərbaycan Polis İdarəsinin cinayət axtarış bölməsinin rəisi polkovnik Sadiq Şükri məlumat yayıb.

Onun sözlərinə görə, noyabrın 15-də Urmiyə şəhərində polkovnik Yasir Kordi 3 nəfərin şəxsi münaqişəsinə müdaxilə etdiyi zaman öldürülüb.

O, qətli törədənlərin hadisə yerindən qaçdığını və onların saxlanılması üçün axtarış aparıldığını deyib.

Başqa bir məlumata görə, eyni gündə Qərbi Azərbaycan əyalətinin cənubunda yerləşən Bəykəndi (Bukan) şəhərində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Rza Almasi güllələnərək öldürülüb.

İranın rəsmi mediası onun terrorçu qruplaşma üzvləri tərəfindən tapança ilə qətlə yetirildiyini yazıb.

İki yüksək rütbəli zabitin genişlənən etiraz aksiyaları fonunda öldürülməsi diqqət çəkib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 16-11-2022, 18:58