AZ   |   RU
Qoşunlar Xersondan tam çıxarılıb – Rusiya Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi Xerson şəhərində müdafiə xəttinin tamamilə Dnepr çayının sol sahilinə çəkildiyini, çayın sağ sahilində isə hərbi birləşmələrin olmadığını açıqlayıb.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə  Rusiya  Müdafiə  Nazirliyinin  mətbuat  katibi  İqor  Konaşenkov  məlumat  paylaşıb.

Rus ordusunun Xersondan geriçəkilmə qərarı ilə bağlı son vəziyyəti açıqlayan Konaşenkov, “Bu gün səhər saatlarından etibarən Rusiya hərbi birləşmələrinin Dnepr çayının sol sahilinə çəkilməsi tamamlanıb. Çayın sağ sahilində hərbi hissə qalmayıb”deyə bildirib.

NATO-nun baş katibi Stoltenberq isə deyib ki, ruslarınXersonu tərk etməsi Ukraynanın növbəti qələbəsi olacaq.

Konaşenkov onu da vurğulayıb ki, qoşunların çıxarılması zamanı şəxsi heyət və hərbi texnika itkisi olmayıb.

Qeyd edək ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putinin imzaladığı sənədlərlə Xerson Ukraynanın Donetsk, Luqansk və Zaporojye vilayətlərinə qanunsuz olaraq ilhaq edilib.

Teymur Aslanov
Missiya.Az

  • 11-11-2022, 17:48