AZ   |   RU
Almaniya Ukraynaya yeni silah partiyasını təhvil verib


Almaniya Ukraynaya yeni silah partiyasını təhvil verib.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Almaniya federal hökumətinin saytı məlumat yayıb.

Ukraynaya hərbi yardımın yenilənmiş siyahısı - 30 "Dinqo" zirehli texnikası, 18 kəşfiyyat pilotsuz təyyarəsi, beş "M1070 Oshkosh" traktor-daşıyıcısı və "İris-T SLM" hava hücumundan müdafiə sistemi üçün raketlərdir.

Almaniya 42 minatəmizləmə maşını, dörd mobil və mühafizə olunan minatəmizləmə sistemini də yeni siyahıya əlavə edib.


  • 9-11-2022, 23:20