AZ   |   RU
Putin böyük ehtimalla G20 sammitində iştirak etməyəcək- “Bloomberg”


Rusiya Prezidenti Vladimir Putin böyük ehtimalla noyabrın 15-16-da keçiriləcək G20 sammitində iştirak etməyəcək.

Missiya.Az
“Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Kreml V. Putini Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ABŞ prezidenti Cozef Bayden də daxil olmaqla dünya liderləri ilə potensial qarşıdurmadan qorumağa çalışır.

Mənbə bildirib ki, Rusiyanı sammitdə xarici işlər naziri Sergey Lavrov təmsil edə bilər.


  • 9-11-2022, 22:59