AZ   |   RU
İngiltərə bunun əvəzini ödəyəcək- İranın kəşfiyyat naziri


Londondan farsca yayımlayan və Tehran administrasiyasına qarşı dezinformasiyalar yaydığını iddia edən İranlı nazir, “İran İnternational” televiziyasının fəaliyyətini tənqid edib.

Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İranın kəşfiyyat naziri İsmayıl Xətib İngiltərəni ölkəsində etirazları qızışdırmaqda ittiham edərək, "İngiltərə İranı təhlükəli vəziyyətə salmaq üçün etdiyi hərəkətlərin əvəzini ödəyəcək" deyib. 


Xətib “İran İnternational” media qrumunun İranda “terror təşkilatı”nın əhatə dairəsinə daxil olduğunu xatırladaraq, Böyük Britaniyadan fərqli olaraq, İranın heç vaxt terrora və başqa ölkələrin təhlükəsizliyinə təhdid yarada biləcək fəaliyyətlərə dəstək verməyəcəklərini bildirib.

 İranlı nazir, İngiltərənin etdiyi hərəkətlərin əvəzini ödəyəcəyini ifadələrini işlədib.


Aqil Musa
Missiya.Az

 



  • 9-11-2022, 20:25