AZ   |   RU
Toqquşmalar 1000 kilometr cəbhə xəttində davam edir- Zelenski

Rusiya qüvvələrinin Ukraynada raket və kamikadze pilotsuz uçuş aparatları ilə hücumlarını davam etdirdiyinə diqqət çəkən Zelenski, Ukrayna qüvvələri tərəfindən getdikcə daha çox raket və PUA-nın məhv edildiyini qeyd edib.


Missiya.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bu sözləri Telegram hesabında paylaşdığı gündəlik videomüraciətində Rusiya qüvvələrinin həyata keçirdiyi intensiv hava hücumlarına qarşı lazımi tədbirlərlə bağlı məlumat verərkən söyləyib.
 
“Biz Ukraynanın hava məkanının tam mühafizəsini təmin etməliyik və bunun üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - deyən Zelenski ölkəyə hava hücumundan müdafiə sistemlərinin gətirilməsi ilə bağlı xoş xəbərlər gözlədiklərini bildirib.
 
Rusiyanın Ukraynaya qarşı İran istehsalı olan PUA-lardan istifadə etdiyini və bəzi İran rəsmilərinin bunu etiraf etdiyinə dair müxtəlif mesajların ortaya çıxdığını ifadə edən Zelenski, ən şiddətli toqquşmaların Ukraynanın Donetsk cəbhəsində və ən az 1000 kilometrlik cəbhə xətti boyunca  davam etdiyini qeyd edib.
 
Həmçinin Ukrayna prezidenti, son bir həftədə 800 min tondan çox kənd təsərrüfatı məhsulu daşıyan 28 gəminin Odessa, Çernomorsk və Pivdennı limanlarından yola düşdüyünü bildirib.
 
Aqil Musa
Missiya.Az

  • 6-11-2022, 14:23