AZ   |   RU
Rusiya getdikcə daha çox Türkiyədən asılı vəziyyətə düşür- “Financial Times”


Financial Times” Türkiyənin taxıl sövdələşməsindəki rolunu təhlil edib

Missiya.Az “Financial Times”a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin ötən həftə sonu Ukraynanın Qara dəniz vasitəsilə taxıl ixracını asanlaşdıracaq sazişdən çıxması ilə bağlı qəfil qərar verməsindən sonra Putinin Ərdoğanla razılaşması qlobal ərzaq böranı təhlükəsinin qarşısını aldı.
 
Analitiklər Qərbin sanksiyalarının və beynəlxalq təcridin Rusiyanı Türkiyədən getdikcə daha çox asılı vəziyyətə saldığını deyirlər.
 
Razılaşmaya yaxın olan mənbə, Ərdoğanın Putinə keçidi açmaqdan başqa çarəsinin olmadığını, əgər bu addımı atmazsa daha çox arzuolunmaz hadisələrin baş verə biləcəyini izah etdiyini bildirilər. Həmçinin nəşrin hazırladığı təhlildə Ərdoğanın əlində güclü və çoxlu “kart”ların olması ilə bağlı ifadələrə də geniş yer verilib.
 
"Rusiyaın hörmət etdiyi birinin olması çox vacibdir" ifadələrini işlədən mənbə, Türkiyə və Rusiya arasındakı münasibətlərin NATO üçün də əhəmiyyətli olacağına diqqət çəkib. 
 
Xatırladaq ki, Ərdoğanın televiziya verilişlərinin birində Putinin başqaları vasitəsilə taxıl dəhlizinin açılmasına razılıq vermədiyini, amma o, zəng edəndə dərhal taxıl koridorunu açdığını bildirmişdir.
 
Aqil Musa
Missiya.AZ
 

  • 6-11-2022, 13:48