AZ   |   RU
"Barselona" Jerar Pikenin müqaviləsini yeniləməyəcək


İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Pike ilə yollarını ayırmaq istəyir.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 35 yaşlı müdafiəçinin müqaviləsini yeniləməyəcək.

Qərarı komandanın baş məşqçisi Xavi də təsdiqləyib.

Qeyd edək ki, Jerar Pikenin klubla sözləşməsi 2024-cü ilin yayında başa çatacaq. Təcrübəli oyunçu 2008-ci ildən "Barselona"da çıxış edir. O, cari mövsüm 7 qarşılaşmada meydanda olub.


  • 22-10-2022, 13:47