AZ   |   RU
Ərdoğan: "Türkiyənin Aİ-nin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə əvəzolunmaz rolu var"

"Türkiyənin Avropa İttifaqının üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə əvəzolunmaz rolu var".

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında deyib.

"Ölkəmiz təhlükəsizlik, müdafiə, miqrasiya, terrorizm, sağlamlıq və təchizat zəncirləri kimi fundamental problemlərin aradan qaldırılmasında həyati əhəmiyyətə malikdir. Gördüm ki, bu həqiqət avropalı dostlarımız tərəfindən də qəbul olunmağa başladı", - Türkiyə lideri bildirib.

Ərdoğan Türkiyənin qarşısına qoyulan maneələrin ədalətli olmadığını, bunun da Avropa Birliyinin maraqlarına xələl gətirdiyini də vurğulayıb.

  • 6-10-2022, 23:09