AZ   |   RU
Rusiyanın MİR ödəniş sisteminə kiber hücumlar başlayıb

Ukraynalı hacktivistlər Rusiyanın MİR bank kartı və Rusiya Ödəniş Kartları Milli Sisteminə Ddos kiber hücumlar təşkil etməyə başlayıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediasında bildirilib. Məlumata görə, hacktivistlər, xüsusən də ödənişlərdə və terminallarda fasilələrə səbəb olmaq üçün brauzerlər və ya primitiv DDoS alətlərindən istifadə edərək sistemlərə trafik yaradırlar. Bildirilib ki, kiber hücumların başlanması barədə məlumatı Rusiya kibertəhlükəsizlik bazarındakı mənbələr və yerli banklar da təsdiq edib. Hücumun məqsədi sistemi həddindən artıq yükləmək və kart xidmətində nasazlığa səbəb olmaqdır.

"Mövcud vəziyyətdə təşkilatçıların Mir ödəniş sisteminə DDoS hücumlarında müəyyən uğurlar əldə edə biləcəyini gözləmək olar, risklər realda olduğundan daha çoxdur", - deyə bildirilib.

  • 24-09-2022, 12:28