AZ   |   RU
İranda aksiyalar zamanı ölənlərinsayı 26-ya çatıb – Gərginlik davam edir

İranlı rəsmilər 22 yaşlı gənc qadının müəmmalı ölümündən sonra başlayan nümayişlərdə ölənlərin dəqiq sayını açıqlamasa da, dövlət televiziyası hadisələr zamanı 26 nəfərin həlak olduğunu deyib.

Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə İran dövlət telekanalı məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 13-də Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanılan Məhsa Emininin sentyabrın 16-da vəfat etməsindən sonra başlayan nümayişlər bir çox əyalətlərə yayılıb. 

Sosial mediada geniş paylaşılan görüntülərə görə ölkənin 80-dən çox rayonunda iğtişaşlar davam edir.

Dövlət televiziyasının diktoru onu da bildirib ki, ölənlərin dəqiq sayı rəsmi orqanlar tərəfindən açıqlanacaq.

Sosial mediada yayımlanan görüntülərdə, başda Tehran və İsfahan kimi böyük şəhərlər olmaqla ölkənin müxtəlif bölgələrində hadisələrin şiddətləndiyi, təhlükəsizlik qüvvələrinin etirazların öhdəsindən gəlmək üçün daha sərt şəkildə müdaxilə etdiyi görünür.

Hadisələri təşkil edən və ictimai əmlaka ziyan vuran şəxslərə qarşı təhlükəsizlik qüvvələri əməliyyat keçirib, yüzlərlə insan saxlanılıb.

Tehran meri Əli Rza Zəkani dövlət televiziyası vasitəsilə şəhərdə xidmətgöstərən 43 avtobus, 54 avtobusdayanacağı və 23 yanğınsöndürən maşınının nümayişçilər tərəfindən məhv edildiyini bildirib. 
 
Tesnim Xəbər Agentliyi isə Rezevi Xorasan əyalətinin Koçan şəhərində baş verən hadisələr zamanı bir zabitin də öldüyünü açıqlayıb.
İran Ordusundan da hadisələrlə bağlı yazılı açıqlama verilib.  yayıb. Polis və təhlükəsizlik qüvvələrinə dəstək verən bəyanatda nümayişlər,“düşmənlərin sui-qəsdi” kimi qiymətləndirilib.

“Silahlı Qüvvələr düşmənlərin müxtəlif sui-qəsdləri ilə mübarizə aparmağa hazırdır və düşmənlərə bu vəziyyətdən istifadə etməyə heç vaxt imkan verilməyəcək”, - deyə məlumata açıqlamada qeyd olunub. 
 
Teymur ASLANOV
Missiya.Az

  • 23-09-2022, 16:33