AZ   |   RU
Avropada enerji böhranı - İsveçdə kilsələr bağlanır

İsveçdə enerji qiymətlərinin artması ilə əlaqədar enerjiyə qənaət tədbirləri çərçivəsində kilsələrin bağlanacağı açıqlanıb.


Missiya.Az “CNN Türk”ə istinadən xəbər verir ki, İsveçdə artan enerji qiymətləri və xərcləri kilsələri bağlamağa vadar edir. 
 
İsveç Kilsəsinin Mədəni İrs Departamentinin rəhbəri Markus Dalberq bildirib ki, İsveçin bir çox yerində, xüsusilə enerji qiymətlərinin ən yüksək olduğu cənub bölgəsində bu kimi tədbirlər müzakirə olunur. 
 
Lund yeparxiyası Andreas Mansson, yeparxiyanın 540 kilsəsindən 150-nin enerjiyə qənaət üçün bu qış tamamilə və ya qismən bağlana biləcəyini qeyd edib.

Nəriman Sultanoğlu
Missiya.Az

  • 22-09-2022, 14:00