AZ   |   RU
Rusiyada səfərbərliyə qarşı etiraz aksiyaları keçirililir
Bu gün Rusiyada qismən səfərbərlik elan edilməsinə qarşı etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. 

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Vesna” hərəkatı öz rəsmi tviter hesabında paylaşıb. 

Aksiyanın yerli vaxtla 19:00-da Rusiyanın bütün şəhərlərində keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün ölkədə qismən səfərbərlik elan edib.


  • 21-09-2022, 23:46