AZ   |   RU
Ağ Ev: Rusiya ilə danışıqların nə vaxt olacağına yalnız Zelenski qərar verə bilər

Rusiya ilə danışıqların nə vaxt aparılacağına yalnız Ukrayna prezidenti Vladimir Zelenski qərar verə bilər.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu sözləri Ağ Evin Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

O, həmçinin bildirib ki, Amerikanın Rusiyanı terrorizmi himayə edən ölkələr siyahısına əlavə etməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün mümkün danışıqları çətinləşdirəcək.

ABŞ hakimiyyəti daha yaxşı alternativlərin olduğuna inanır.

Kirbi bildirib ki, ABŞ yaxın günlərdə Ukraynaya yeni hərbi yardım paketi göndərməyi planlaşdırır.

  • 16-09-2022, 23:05