AZ   |   RU
ABŞ Ukraynaya 47 min tondan çox silah və hərbi texnika göndərib

Cari ilin fevral ayının sonundan bəri ABŞ Ukraynaya 140 artilleriya sistemi və onlar üçün 660 min mərmi və raket verib.

Missiya.Az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi məlumatında deyilir.

ABŞ-dan Kiyevə zirehli hədəflərlə mübarizə aparmaq üçün 41 000 ədəd daşına bilən raket sistemi, 1,4 min ədəd daşına bilən zenit-raket kompleksi, 15 ədəd helikopter, 38 ədəd radar, 10,2 min pulemyot və tapança, atıcı silahlar üçün təxminən 63,8 milyon patron və 18 patrul Kateri verilib.

Bu məqsədlə həm hərbi, həm də Pentaqonun kirayə verdiyi ağır nəqliyyat təyyarələri Avropaya 754 uçuş həyata keçirib. . Həmçinin 28 gəmi, 67 qatar və 1,5 min qoşqu cəlb edilib. Həmçinin silah daşınmasına 28 gəmi, 67 qatar və 1,5 min qoşqu cəlb edilib.

Ümumilikdə 47 min tondan çox silah və hərbi texnika Ukraynaya göndərilmək üçün Avropaya çatdırılıb. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, silahların böyük hissəsi Ukrayna ilə sərhəddən 90 km aralıda yerləşən Polşanın Jeşuf şəhərinin aerodromuna çatdırılıb.

  • 12-09-2022, 22:25