AZ   |   RU
Hindistan Ukraynaya növbəti humanitar yardım göndərib

Hindistanın Kiyevdəki səfiri Harş Kumar Ceyn Ukrayna Səhiyyə Nazirliyinə humanitar yardımın 12-ci partiyasını - dərman preparatları və tibbi avadanlıqlar, o cümlədən hemostatik sarğılar təhvil verib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Hindistan bundan əvvəl Ukraynaya artıq tibbi məhsullar və avadanlıqlar, ədyal və çadırlardan ibarət 97,5 ton humanitar yardım göndərmişdi.

Bundan əlavə, Hindistanın bir neçə əczaçılıq şirkəti Ukraynaya dərman, ilkin tələbat vasitələri, ərzaq göndərib və 8 milyon ABŞ dollarından çox məbləğdə maliyyə yardımı edib.

  • 12-09-2022, 20:19