AZ   |   RU
Ukrayna ordusu onlarla yaşayış məntəqələrini rus işğalçılarından azad edib - Zelenski

“Ukrayna ordusu sentyabr ayının 1-dən etibarən əks-hücum zamanı onlarla yaşayış məntəqələrini rus işğalçılarından azad edib”.
 
Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski deyib.
 
Zelenski bildirib ki, ölkənin şərqində və cənubunda 1000 kv km ərazini geri alıb.
 
“Ukrayna əsgərləi ölkənin ikinci ən böyük şəhəri olan Xarkov yaxınlığındakı Balakliya şəhərini də işğalçılardan azad edib” – deyə Zelenski vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az
 
 


  • 9-09-2022, 13:37