AZ   |   RU
Dünya liderləri Kraliçanın ölümünə münasibət bildirib

Dünya liderləri Kraliçanın ölümünə münasibət bildirib.

Missiya.Az
APA-ya istnadən xəbər verir ki, bu gün Kraliçanın ölüm xəbərindən sonra dünya liderləri bu itkiyə münasibət bildiriblər:
Kanadanın Baş Naziri CastinTrudo:

“Biz çox dərin kədərlə Kanadaya ən uzun müddət padşahlıq edən Suveren, Ülyahəzrət Kraliça II Elizabetin vəfatı barədə xəbər tutduq. O, həyatımızda daim var idi və onun kanadalılara xidməti əbədi olaraq ölkəmizin tarixinin mühüm hissəsi olaraq qalacaqdır”.
Almaniya Kansleri Olaf Şolts:

“Kraliça II Elizabetin vəfatı ilə əlaqədar yas tuturuq. O, Almaniyada da milyonlarla insan üçün nümunə və ilham mənbəyi idi. Onun İkinci Dünya Müharibəsinin dəhşətlərindən sonra Almaniya-Britaniya barışığına sadiqliyi unudulmayacaq. O və onun gözəl gülüşü üçün darıxacağıq”.
Fransa Prezidenti Emmanuel Makron:

"Ülyahəzrət Kraliça II Elizabet 70 ildən artıq müddətdə Britaniya xalqının mövcudluğunu və birliyini təcəssüm etdirib. Mən onu Fransanın dostu, ölkəsində və öz dövründə əbədi iz buraxmış mehriban bir kraliça kimi xatırlayıram”.


  • 8-09-2022, 23:14