AZ   |   RU
Ukrayna vətəndaşlarını ZAES-in yaxınlığındakı yaşayış məntəqələrini tərk etməyə çağırdı
Ukrayna vətəndaşlarını Zaporojye Atom Elektrik Stansiyasının (AES) yaxınlığında yerləşən yaşayış məntəqələrini tərk etməyə çağırıb.

Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Ukrayna Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşuk teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Rusiya hər hansı humanitar dəhlizlərə məhəl qoymur, ona görə də vətəndaşlardan xahiş olunur ki, bu əraziləri özbaşına tərk etməyin yolunu tapsınlar.

“Reinteqrasiya Nazirliyi AES-ə yaxın mülki əhalinin evakuasiyası üçün humanitar dəhliz tələb edib. Lakin hələ də müsbət cavab alınmayıb”, - deyə İrina Vereşuk qeyd edib


  • 7-09-2022, 21:31