AZ   |   RU
Türkiyə Silahlı Qüvvələrinin anti-terror əməliyyatları davam edir

Türk Ordusu mənsublarına atəş açan terrorçular məhv edilib və terror hazırlığında olan İŞİD üzvləri ələ keçirilib.

Missiya.Az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın şimalındakı “Sülh Çeşməsi” və “Fərat Qalxanı” əməliyyatı bölgələrində 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Əlavə olaraq Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən Türkiyə-Suriya sərhədində də əməliyyat keçirilib. Əməliyyat nəticəsində terror aktı planlaşdıran 4 terrorçu və onlara köməklik göstərməkdə şübhəli bilinən daha 6 nəfər jandarm qüvvələri tərəfindən saxlanılıb. Saxlanılanların İŞİD terror təşkilatının məsul şəxsləri olduğu müəyyən edilib.  Terrorçuların ünvanlarında aparılan axtarış zamanı çoxlu sayda silah-sursat aşkarlanıb.

Nəriman Sultanoğlu
Missiya.Az


  • 7-09-2022, 17:55