AZ   |   RU
Rusiya Şimali Koreyadan silah alır-İran PUA-ları özünü doğrultmadı

Bir müddət əvvəl Rusiyanın Ukrayna ilə müharibədə İran istehsalı olan dronlardan istifadə etdiyi, hazırda isə növbəti silah partiyasının alınması ilə bağlı Şimali Koreyaya üz tutduğu məlum olub.

Missiya.Az
xəbər verir ki, “The New York Times” qəzetinin Amerika kəşfiyyat sənədlərinə əsaslanaraq verdiyi xəbərə görə Rusiya Şimali Koreyadan artilleriya mərmiləri və raketlər alır.

ABŞ hökumət rəsmiləri bildiriblər ki, Rusiyanın ilk növbədə İrana, indi isə Şimali Koreyaya üz tutması ABŞ və Avropanın sanksiyaları və ixrac nəzarətinin Rusiya ordusunun təchizatına ziyan vurduğuna işarədir. ABŞ kəşfiyyatı bildirir ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar Moskvanın döyüş meydanında imkanlarını azaltmaqla öz təsirini göstərməyə başlayıb.

Rusiyanın bir müddət əvvəl İranın istehsal etdiyi dronlara ehtiyac duyması da sanksiyaların nəticəsi kimi qiymətləndirilir. Həmin dronlar isə molla rejiminin “keyfiyyət” göstəricilərini üzə çıxarmışdı. Belə ki, həmin dronların texniki problemləri və çoxlu nasazlıqları qeydə alınıb.


Nəriman Sultanoğlu
Missiya.Az


  • 6-09-2022, 18:19