AZ   |   RU
Rusiyanın enerji tədarükçüsü kimi etibarlılığını şübhə altına almaq yersizdir - diplomat

“Rusiya xüsusilə enerji sahəsində normal ticarət-iqtisadi əlaqələri pozan deyil. Bizim etibarlılığımızı şübhə altına almaqla müvafiq siyasi (kommersiya deyil) əsaslandırılmış qərarlara haqq qazandırmağa çalışmaq tamamilə yersizdir”.

Missiya.Az
Tass-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov öz tvitter hesabında yazıb.

Qeyd edək ki, Aİ-də enerji böhranı iyulun əvvəlində Rusiyadan Aİ ölkələrinə qaz tədarükündə sanksiyalara görə “Şimal axını” turbinlərinin saxlanması ilə bağlı problemlər səbəbindən ilk fasilələr yarandığı üçün daha da kəskinləşib. Bunun ardınca Avropa Komissiyası Aİ ölkələrini Rusiya qazının tədarükünü tamamilə dayandırmağa  çağırıb və üzv dövlətlərə 2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək qaz istifadəsini 15% azaltmağı təklif edib.

Teymur ASLANOV
Missiya.Az


  • 5-09-2022, 14:06