AZ   |   RU
Rusiya və İran vətəndaşlarından ibarət turist qrupları üçün viza ləğv ediləcək

Rusiya və İran 2023-cü il yanvarın 1-dən öz ölkələrinin qrup şəklində səyahət edən turistləri üçün viza rejimini ləğv edəcək.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə İranın Mədəniyyət və Turizm Nazirliyinin Marketinq və inkişaf idarəsinin başçısı Leyla Əjdəri bildirib.

Onun sözlərinə görə, İran-Rusiya turizm üzrə texniki komitəsinin ikinci iclasında tərəflər arasında sənəd imzalanıb: “İran və Rusiya hökumətləri arasında əvvəllər imzalanmış, razılaşdırılmış şərtlərə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən Rusiya Federasiyası və İran vətəndaşları turistik məqsədlə ölkələrdən birinə 5 nəfərdən 50 nəfərədək olan qruplar şəkilində səyyahət edəndə 15 gün müddətinə səfər üçün vizaya ehtiyac duymayacaqlar”, - L.Əjdəri bildirib.

Qeyd edək ki, Rusiya və İran xarici işlər nazirləri 2017-ci ildə məsələ ilə bağlı razılığı imzalayıblar. Bu anlşama 2018-ci ildə qüvvəyə minməli idi, ancaq 2021-ci ilin iyun ayında bu müqavilənin layihəsi yenidən aidiyyatı qurumlar arasında imzalansa da, reallaşmayıb.

  • 5-09-2022, 12:26