AZ   |   RU
Çin Rusiyaya qoşun göndərəcək

Çin Xalq Respublikası Hindistan, Belarus və Tacikistanın da qatılacağı birgə təlim üçün Rusiyaya qoşun göndərəcək.

Missiya.Az
“Haber Qlobal”a istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, təlimlərdə iştirak mövcud regional və beynəlxalq vəziyyətlə bağlı deyil. Hindistan, Belarus və Tacikistanın da qatılacağı birgə təlim davam edən əməkdaşlıq sazişinin bir hissəsidir. Burada məqsəd iştirakçı ölkələrin orduları ilə praktiki və dostuq əməkdaşlığını dərinləşdirmək, strateji tərəfdaşlığı inkişaf etdirməkdir.

Daşqın Həsənov
Missiya.Az


  • 17-08-2022, 16:50