AZ   |   RU
Ərdoğan: Türkiyə-Sloveniya dostluğu regional sülhə böyük töhfə verir

“Türkiyə ilə Sloveniya arasında dostluq münasibətləri və əməkdaşlıq regional sülh və sabitliyə böyük töhfələr verir”.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sloveniya Prezidenti Borut Pahor ilə birgə mətbuat konfransı zamanı deyib.

O, iki ölkə arasında dostluq, müttəfiqlik və strateji tərəfdaşlıq əsasında inkişaf edən həmrəyliyin bütün sahələrdə, o cümlədən Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesində daha da güclənəcəyinə inandığını qeyd edib.





  • 10-08-2022, 21:19