AZ   |   RU
Bayden: “Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raketlər göndərməyəcəyik”

Amerika Birləşmiş Ştatları Ukraynaya Kiyevin Rusiya ərazisinə zərbə endirməsinə imkan verəcək uzaqmənzilli raket sistemləri göndərməyəcək.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden bəyan edib.

Amerika lideri jurnalistlərin Vaşinqtonun Kiyevə uzaqmənzilli raket silahlarını ötürməyə hazır olub-olmayacağı ilə bağlı sualını cavablandırarkən deyib: “Biz Ukraynaya Rusiya ərazisinə zərbələr endirməyə imkan verən raket sistemləri göndərməyəcəyik”.
Bundan əvvəl “New York Times” mənbələrə istinadən xəbər verir ki, Ağ Ev Ukraynaya atəş məsafəsi 500 km-ə çata bilən M31 GMLRS (Guided Multiple Launch Rocket System) qurğuları ilə təchiz etmək qərarına gəlib.

Bundan əlavə, bu cür qurğular peyklərdən idarə olunan raketlərlə təchiz oluna bilər.

  • 30-05-2022, 20:21