AZ   |   RU
Vətənə xəyanətdə ittiham olunan Poreşenkonun ölkədən çıxışına icazə verildi

Ukraynanın vətənə xəyanətdə ittiham olunan keçmiş prezidenti Petro Poroşenkoya siyasi toplantıda iştirak etmək üçün ölkəni tərk etməyə icazə verilib.

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, Poroşenko Hollandiyanın Rotterdam şəhərində keçiriləcək Avropa Xalq Partiyasının iclasında iştirak edəcək.

Qeyd edək ki, “Roşen” qənnadı imperiyasının sahibi və Ukraynanın ən varlı adamlarından biri olan Poroşenko 2014-2015-ci illərdə Rusiyanın dəstəklədiyi separatçıların maliyyələşdirilməsində iştirak etdiyi iddiası ilə istintaqa cəlb olunub. 

Yanvar ayında Poroşenkonun məhkəməsi zamanı hakim onun həbsi ilə bağlı prokurorun müraciətinə mane olub.

Daşqın Həsənov 
Missiya.Az 


  • 30-05-2022, 17:49