AZ   |   RU
BƏƏ xarici işlər naziri Türkiyəyə təşəkkür edib

“Türkiyə xarici işlər nazirinin İsrail və Fələstinə səfəri iki xalq arasında sülh prosesinə yenidən başlanmaq üçün həvəsləndirici bir ziyarətdir”. 

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nahyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə İstanbulda birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bölgədə kədərli hadisələr həddindən artıq çoxdur, lakin ölkələr bundan daha yaxşısına layiqdir. 

“Nəticə etibarı ilə, bu ideoloji fərqlilik yox, hər kəsin marağında olmalıdır. Yəni ideoloji fikirlər ortaya çıxdıqda, iki tərəf arasında əməkdaşlıq arxa plana keçir, çətinləşir. Ona görə Türkiyəyə yürütdüyü diplomatiyaya görə və şəxsən cənab nazirə təşəkkürümü bildirirəm. Böyük əmək sərf edirsiniz, eyni zamanda, həm Rusiya-Ukrayna, həm də İsrail-Filistin məsələsində səylər göstərirsiniz”, - deyə o bildirib.

  • 27-05-2022, 19:46