AZ   |   RU
Rusiya ordusu Ukrayanın Çerniqov şəhərini atəşə tutub - Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın Çerniqov şəhəri yaxınlığındakı Desna kəndinə raket zərbəsi endirib. Hücum nəticəsində ölən və yaralananlar var.

Missiya.Az
BBC News-a istinadən xəbər verir ki, bu barədə şəhər qubernatoru Viacheslav Chaus özünün Facebook hesabında məlumat yayıb. 

Chaus bildirib ki, xilasetmə qrupları və hüquq-mühafizə orqanlarının əməkdaşları hücum zamanı ölənlərin cəsədlərini çıxarmaq üçün çalışır.

Qeyd edək ki, ərazisi çox da böyük olmayan Desnada Ukrayna ordusunun 169-cu təlim mərkəzi yerləşir.

Daşqın Həsənov 
Missiya.Az 


  • 17-05-2022, 16:15