AZ   |   RU
Ukranya ordusu sərhəddi keçən Rusiya əsgərlərini geri çəkilməyə məcbur edib

Ukrayna sərhədçiləri bu gün səhər saatlarında Sumı bölgəsində Rusiyanın kəşfiyyat-təxribat qrupunun hücumunu dəf edib.
​​​​
Missiya.Az
 BBC News-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Dmitri Jivitski Teleqram hesabında məlumat yayıb.  

Jivitski bildirib ki, rus ordusu minaatan mərmiləri, qumbaraatan və pulemyot atəşi ilə Ukrayna ərazisinə daxil olub.  Lakin sərhədçilər müqavimət göstərdikdən sonra geri çəkiliblər. 

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynanı işğal etməyə başladıqdan qısa müddət sonra Sumı bölgəsini ələ keçirib. Lakin Ukrayna qüvvələri aprelin 8-də bölgəyə nəzarəti bərpa edib.

Daşqın Həsənov 
Missiya.Az 


  • 16-05-2022, 18:14