AZ   |   RU
Daha bir nüfuzlu alman şirkəti Rusiyanı tərk edir

Almaniyanın məşhur Siemens şirkəti Rusiya bazarından çıxacağını açıqlayıb.

Missiya.Az
BBC News-a istinadən xəbər verir ki, bu barədə şirkət özünün “Twitter” hesabında yazıb. 

Rəsmi açıqlamada bildirilir ki, hərtərəfli beynəlxalq sanksiyalar şirkətin Rusiyadakı biznes fəaliyyətinə, xüsusilə də dəmir yolu xidməti və texniki xidmətinə təsir edəcək.

Qeyd edək ki, şirkət mart ayında Rusiyaya bütün yeni biznes və beynəlxalq tədarükləri dayandıracağını, lakin sanksiyalara ciddi riayət edilməsini təmin etməklə yanaşı, yerli xidmət və texniki xidmətlə bağlı fəaliyyətləri davam etdirəcəyini açıqlamışdı.

Daşqın Həsənov 
Missiya.Az 


  • 12-05-2022, 16:00