AZ   |   RU
Avropa İttifaqı  Rusiyanı neftlə vuracaq - Ağır sanksiyalar paketi hazırlanır
Avropa İttifaqı gələn həftə daha çox Rusiya bankının SWIFT sistemindən çıxarılmasını və ilin sonuna qədər isə Rusiya neftini mərhələli şəkildə qadağan etməyi nəzərdə tutan sanksiyalar paketini qəbul edə bilər.

Missiya.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin hesabatında qeyd olunub. 

Agentliyin mənbələri bildirir ki, Avropa İttifaqı il ərzində Rusiya neftinin idxalını mərhələli şəkildə məhdudlaşdırmağı və ilin sonunda isə tam imtinanı nəzərdə tutan təkliflər paketi təqdim etməyə hazırlaşır.

Qeyd olunur ki, Avropa İttifaqı Rusiya bankları ilə yanaşı Belarusun banklarına da təzyiq göstərir və SWIFT beynəlxalq ödəniş sistemindən çıxarmaq üçün iş aparır. 

Həmçinin ABŞ və İngiltərə Rusiyanın ən böyük maliyyə qurumu olan "Sberbank"-a sanksiya tətbiq etmək qərarına gəlib. Sanksiya qərarı gələn həftə Avropa İttifaqı səfirlərinin  görüşəcəyi iclasda qəbul edilə bilər.

Elvin Məmmədov
Missiya.Az

  • 1-05-2022, 14:35