AZ   |   RU
Rusiya ordusunun hərbi karvanı Donbasa doğru hərəkət edərkən görüntüləndi - Foto

Rusiya ordusu tərəfindən Ukraynanın Donbas vilayətinə genişmiqyaslı hücumunun olacağı ilə bağlı iddialar təsdiqini tapmaqdadır. Belə ki, Kreml Ukraynanın şərq vilayətlərinə hərbi karvan göndərib.

Missiya.Az
xəbər verir ki, bu barədə məlumatı "CNN" nəşri  yayıb. 

Yayılmış görüntülərin geolokasiyası təyin olunduqdan sonra aydın olub ki, hərbi karvan Rostov vilayətinin Matveyev Kurqan qəsəbəsinin yaxınlığındadır. 

Nəşrin iddiasına görə, texnikalar Rusiyadan şimal-qərbə, Donbasa doğru hərəkət edir. 

Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç yaxın iki həftə ərzində Donbasda ağır döyüşlərin başlayacağını bildirmişdi.

İnam Həsənov
Missiya.Az

  • 12-04-2022, 17:00