AZ   |   RU
İranda iki dəfə zəlzələ baş verib
İranda iki dəfə zəlzələ baş verib.

Missiya.Az
İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, seysmoloqlar yeraltı təkanları İranın cənubunda 4,7 və 4,8 bal gücündə qeydə alıblar.

Qeyd olunur ki, 4,8 bal gücündə olan ilk zəlzələnin episentri Xark adasından 12 km cənub-qərbdə olub. Ocağı 20 km dərinlikdə yerləşib.

Məlumata görə, 4,7 bal gücündə ikinci zəlzələnin episentri Xark adasından 28 km kənarda olub. Zəlcələ ocağı 10 km dərinlikdə yerləşib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

  • 16-01-2022, 11:47