Ermənistanın müdafiə naziri Suren Papikyanın sərhəddəki gərginliyi müzakirə etmək üçün Nazirliyinin bunkerlərində təcili məsləhətləşmələr aparır.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhəddində vəziyyət gərginləşib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Ermənistan mediası 6 hərbçinin Azərbaycan əsgərləri tərəfindən saxlanıldığı barədə məlumat yayıb.
Elvin
Missiya.Az