AZ   |   RU
Ukrayna-Azərbayvan Beynəlxalq Media Platforması yaradılır - FOTO

Ukrayna-Azərbaycan Beynəlxalq Media Platforması yaradılır. Layihənin əsas məqsədi Azərbaycan və Ukrayna ilə bağlı mümkün informasiya təxribatlarının qarşısını almaq, məlumatların obyektiv şəkildə işıqlandırılmasını təmin etməkdir. Layihə çərçivəsində İctimai Birliyin yaradılması da nəzərdə tutulub. Bu təşkilat da elə hər iki ölkənin jurnalistləri və blogerlərinin iştirak edəcəyi ortaq media platformasının fəaliyyətini tənzimləyəcək. Sabah, 22 iyul saat 13: 00-da Ukraynanın UNIAN agentliyində layihə ilə bağlı ilk beynəlxalq dəyirmi masa keçiriləcək.

Ukraynanın rəsmi şəxsləri və deputatlarının da iştirak edəcəyi tədbirdə ortaq media platformasının yaradılmasına dair Memorandum imzalanacaq. Ukraynanın "Post-İnformasiya Cəmiyyəti İnstitutu" və "Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu" arasında imzalanacaq sənəd birgə fəaliyyətin əsas konturlarını əhatə edəcək. Beynəlxalq Dəyirmi Masa iştirakçılarının bir qismi tədbirə onlayn şəkildə qoşulacaq.

Bu sırada Missiya.Az və Missiya TV-nin baş redaktoru Nicat Dağlar da var.



  • 21-07-2021, 19:29