AZ   |   RU
Kreml təsdiqlədi: Qarabağla bağlı üçtərəfli razılaşmaların müddəaları həyata keçirilməlidir – “Bunun alternativi yoxdur”

Azərbaycan tərəfi ilə təmaslar daimi olaraq davam etdirilir.

Missiya.Az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşündən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Sitat: Moskva-Bakı təmasları daimi olaraq davam etdirilir. Qarabağla bağlı üçtərəfli razılaşmaların və onun müddəalarının həyata keçirilməsinin vacibliyini hamı qəbul edir və bunun alternativi yoxdur - Sitatın sonu.

Jurnalistlərin, Putinlə Paşinyanın görüşündə başqa hansı məsələlərin müzakirə olunduğuna dair sualına isə Peskov belə cavab verib :

Sitat: Görüş zamanı ikitərəfli münasibətlər, üçtərəfli razılaşmaların həyata keçirliməsi ilə bağlı müxtəlif nüanslar və iqtisadi əmakdaşlıq məsələləri müzakirə edilib - Sitatın sonu.

Xatırladaq ki, bu, Paşinyanın növbədənkənar parlament seçkilərindən sonra xarici ölkəyə ilk səfəridir.

  • 8-07-2021, 16:51