AZ   |   RU
Mehriban Əliyeva idmançılarımızı təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Avropa çempionatlarının mükafatçısı olan idmançıları təbrik edib.

Missiya.Az xəbər verir ki, M.Əliyeva rəsmi İnstaqram səhifəsində yazıb: 

“Yeniyetmələr və böyüklər arasında yaxın günlərdə keçirilmiş qılıncoynatma, bədii gimnastika, cüdo, güləş və karate üzrə Avropa çempionatlarının mükafatçısı olan bütün idmançılarımızı, həmçinin Dünya çempionatında qızıl medal qazanmış paraüzgüçülərimizi səmimi-qəlbdən təbrik edirəm! Sizin qələbəniz mükəmməl hazırlığın, məqsədyönlülüyün və iradənin əyani sübutudur! Hamınıza möhkəm cansağlığı, sevinc və yeni nailiyyətlər arzulayıram!”.




  • 24-06-2022, 18:43