AZ   |   RU
Bir gün Rusiya inqilablar məngənəsində boğulacaq! - Moskvanın son həmlələri
Muxtar Respublikalar yapışacaqlar ayının boğazından...

Qazaxıstanda qazın qiymətinin qalxmasını əlində bayraq edib yerli insanların kütləvi şəkildə küçələrə axın etməsi, sonda ölkəni müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoydu. Qazaxıstan "SSRİ-nin" kiflənmiş mahnılarının sədası altında öz mustəqilliyinə ciddi zərbə vurdu. Nazarbayevin heykəllərini dağıdıb barbarlIq edən kütlə, görünür, İraq və Lİviya xalqlarının başına gələn hadisələrdən dərs çıxarmayıblar.  İndi İraq və Liviya xalqı Səddamı və Qəddafini necə axtarırsa, zamanla qazax xalqı da Nazarbayevi o cür axtaracaq.

Qazaxıstanda baş verən hadisələrin nəticəsi olaraq ölkə prezidenti Kasım Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciətindən sonra təşkilat həmin ölkəyə sülhməramlı qüvvələrin göndərilməsi haqqında qərar qəbul etdi. Bu məlumatı bu il KTMT-ə başçılıq edən Ermənistan baş naziri Paşinyan ozünün facebook sosial şəbəkə hesabında paylaşdı. Qazaxıstana hərbçi göndərmək eşqinə düşən Paşinyan sosial şəbəkələrdə erməni xalqı tərəfindən ələ salınıb, gülüş obyektivinə çevrilib. Ölkəsini iqtisadi və siyasi böhrana yuvarlayan Paşinyan yaxşı olardi ki, öz ölkəsinin və xalqının problemlərini həll etsin. Bir məsəldə deyildiyi kimi, özünə umac ova bilməyən, özgəsinə ərişdə kəsir...

Qazaxıstanda baş verən hadisələrin arxasında xarici siyasi gücün dayandığı heç kəsə sirr deyil.  Bu güc, əlbəttə ki, Rusiyadır. Əgər Qazax xalqı öz iradəsi ilə ayağa qalxmış olsaydı, dövlətin yumşaldıcı  addımlarından sonra etirazları dayandırmış olardı. Olmadı, Moskva qazax xalqını öz dövlətinə qarşı yönəldərək öz mahiyyətini bir daha nümayiş etdirdi. Qazaxıstanı qarışdırmaq, bu ölkəyə qoşun yeritmək Kremlin nəyinə lazım idi?

Aşağıdakı məqamlara diqqət edək: 

1) Qazaxıstan latın qrafikasına keçid elədi və rus dilinin ölkədə sıxışdırılmasına start verildi;

2) Qazaxıstan Kremlinin iradəsindən kənar müstəqil siyasətə meyilləndi; 

3) Boyük iqtisadi əhəmiyyətə malik olan "bir yol bir kəmər" layihəsi  Qazaxıstandan keçdi;

4) Qazaxıstan türk dövlətləri arasında inteqrasiyanın sürətlənməsinə ciddi töhfələr verdi. 

Şübhəsizdir ki, Rusiyanı qorxudan amillərdən biri də TURAN birliyinin yaranmasıdır. Ona görə də Rusiya bu birliyin yaranmasına müxtəlif yollarla mane olmağa çalışır. Hər halda son hadisələr prosesin gedişatına əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək. 

Qazaxıstanda baş verən proseslərı "analiz" edən bizim muxalifət isə, oradakı etirazın xalqın iradəsi əsasında baş verdiyini iddia edirdi Əgər elə idisə hökumətin istefası və qazın qiymətinin əvvəlki dəyərinə qaytarılması niyə xalqı sakitləşdirmədi? Buradan aydın görünür ki, proseslər əvvəlcədən kənardan idarə olunub. 
Baş vermiş hadisədən ən çox əziyyət çəkən əlbbətdə ki, dost qazax xalqı olacaq. Öz ölkələrini öz əlləri ilə xarici güclərə təslim etmiş oldular. Bundan sonra onlar başqalarının  diqtəsi altında yaşamağa məcbur olacaqlar. Ən rüsvayçı hallardan biri də odur ki, hazırda diqtə edənlərdən biri Nikol Paşinyandır, bir də Marqarita Simonyan... Qaş düzəldərkən göz çixartmaq məsəli burda lap yerinə düşür.
Amma nəyin baş verməsindən asılı olmayaraq, Rusiya yekəbaş davranışlarını əbədiyyətə qədər davam etdirə bilməyəcək. Sülhməramlı oyunları ilə bir müddət istədiklərinə nail ola bilər. Fəqət dünya daha o dünya deyil. Tamam başqa standartlar, tamam başqa şərtlər çıxır ortaya. Elə bir nəsil yetişib ki, onları müstəmləkə siyasətinə tabe etdirmək mümkün olmayacaq. 70 il rusun əsarəti altında yaşayan xalqların azadlığini əlindən almaq bundan sonra mümkün olası şey deyil. Qanları, canları bahasına müstəqillik əldə etmiş xalqlar azadlığın meyvələrini hələ yeni-yeni dərməyə başlayıblar. Rusiya isə artıq qocalıb. Bəlkə də son həmlələrini edir. Bir gün bu dövlətin tərkibindəki xalqlar - Muxtar Respublikalar gerçək mənada inqilaba qalxıb acgöz ayını qış yuxusuna deyil, tarixin zibilliyinə göndərəcəklər!

Daşqın Həsənov 
Missiya.Az 


  • 6-01-2022, 19:46