AZ   |   RU
Qaxda bir ailənin iki üzvü göbələkdən zəhərlənib, ölən var

Qax rayonunda zəhərlənmə hadisəsi baç verib.
Missiya.Az
xəbər verir ki, hadisə Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Məlumata görə, 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib. 

  • 19-10-2021, 23:33