AZ   |   RU
Naxçıvanda keçiriləcək Türkiyə-Azərbaycan birgə təlimlərinin məşqlərinə başlanılıb

Naxçıvanda keçiriləcək Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin məşqləri keçirilib.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində paylaşım edib.

Nazirlikdən bildirilib ki, Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu ilə Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Naxçıvanda keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təlimlərini məşqlərini uğurla həyata keçiriblər.


  • 5-10-2021, 16:34