AZ   |   RU
Tərtərdə mina təhlükəsizliyinə dair tədbir keçirilib

Mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə təlimi Tərtər rayonunun Şıxarx qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün keçirilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təlim iştirakçılarına mina təhlükəsindən qorunmağın yolları və təhlükəsiz davranış haqqında məlumat verilib. Müxtəlif yaş və peşə kateqoriyaları üzrə seçilmiş şəxslər iki qrup üzrə təlimə cəlb edilib.

Bundan öncəki təlim iyunun 3-də Ağdam rayonunda keçirilib. Təlim iştirakçıları risklər və təhlükəsiz davranış haqqında maarifləndiriləcək, onlara fərqli mina növləri, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular barədə məlumat veriləcək, minalardan və müharibənin partlayıcı qalıqlarından qorunmaq qaydaları öyrədiləcək.


  • 2-06-2021, 20:20