AZ   |   RU
Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI


Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Missiya. Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 125 510 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 189 tank, 6 344 zirehli maşın, 2 188 artilleriya sistemi, 453 reaktiv yaylım atəşi sistemi, 221 hava hücumundan müdafiə sistemi, 293 təyyarə, 284 helikopter, 1 947 PUA, 796 qanadlı raket, 18 gəmi/qayıq, 5 027 avtomobil texnikası və avtosistern, 199 xüsusi texnikadan ibarətdir.

  • 28-01-2023, 14:57