AZ   |   RU
Prezidentin köməkçisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Şahmar Mövsümov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Missiya. Az
xəbər verir ki, xəbərinə görə, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqənin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.

Öncə qaliblərlə tanış olan Şahmar Mövsümov onlara milli inkişaf prioritetlərindən və insan kapitalının əhəmiyyətindən bəhs edərək “Yüksəliş” müsabiqəsinin bu istiqamətdə xüsusi rol oynadığını vurğulayıb. Daha sonra Şahmar Mövsümov Azərbaycanın inkişafı naminə görüləcək işlər üzrə qaliblərin təkliflərini qəbul edib və onların suallarını cavablandırıb.

Əlavə olaraq, Şahmar Mövsümov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə şəxsi idarəçilik təcrübəsi əsasında tövsiyələrini paylaşıb. Prezident köməkçisi növbəti görüşlərdə müzakirə edilməsi məqsədilə qaliblərə araşdırma əsasında tapşırıq verib. Son olaraq, qaliblərə özünüinkişaf istiqamətində kitab tövsiyəsi edən Şahmar Mövsümov onlara daim araşdırmağın vacib bacarıq olduğunu bildirib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva Şahmar Mövsümova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini bildirib.
Qeyd edək ki, üçüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin tarixləri və qeydiyyat prosesi barədə məlumat qısa zamanda ictimaiyyətlə paylaşılacaq.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam isə ötən ayın 20-də imzalanıb.

  • 14-01-2023, 18:33