AZ   |   RU
Azərbaycanda daha 120 nəfər COVID-19-a yoluxub, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 120 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.
Missiya. Az
xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 826 803 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 382 nəfər müalicə olunaraq sağalıb, 10 017 nəfər vəfat edib, aktiv xəstə sayı 404 nəfərdir.
Ölkədə son sutka ərzində 2 459, hazırkı dövrədək isə 7 441 759 test aparılıb.

  • 7-01-2023, 17:07