AZ   |   RU
İranda etirazlar zamanı həbs edilən 1200 nəfər azadlığa buraxılıb

İranın ədliyyə orqanı rəhbəri Qulamhüseyn Möhsini Ejeyinin sərəncamından sonra etirazlar zamanı həbs edilən 1200 nəfər azadlığa buraxılıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu İranın ədliyyə orqanının sözçüsü Məsud Setayişi deyib.

O, etirazlar zamanı 200 nəfərdən çox şəxsin öldüyünü bildirib.

Setayişi həmçinin, etirazlar zamanı qətlə yetirilən “Bəsic” üzvü Ruhullah Əcimyanın işi üzrə 5 nəfər haqqında edam hökmü çıxarıldığını bildirib.

Onun sözlərinə görə, bu iş üzrə daha 11 nəfər haqqında uzun müddətli həbs qərarı çıxarılıb. Həbsə məhkum olunanlar arasında yeniyetmələr də var.

  • 6-12-2022, 13:40