AZ   |   RU
ABŞ dövlət katibi Qərbi Azərbaycan vilayətindəki etirazçılara dəstək olub

ABŞ dövlət katibi Entoni Blinken İranın Qərbi Azərbaycan vilayətinin Məhabad (keçmiş adı Soyuqbulaq) şəhərində təhlükəsizlik güclərinin etirazçılara qarşı zorakılıq hallarının artması ilə bağlı paylaşım edib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, ABŞ diplomatiyasının rəhbəri "tviter"də yazıb:

“İran hakimiyyətinin xüsusilə Məhabad şəhərində etirazçılara qarşı zorakılıqları gücləndirdiyinə dair xəbərlərdən son dərəcə narahatam. Biz İran xalqının yanında olduğumuz üçün bu işdə əli olanlara məsuliyyətə cəlb olunmasına çalışmağa davam edəcəyik”.

Xatırladaq ki, noyabrın 19-da İran təhlükəsizlik gücləri Qərbi Azərbaycanın Məhabad şəhərində etirazçılara qarşı odlu silahdan atəş açıb. Nəticədə 3 nəfər həlak olub.

Qeyd edək ki, sentyabrın 16-da Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra İranda mitinqlər başlanıb. Ölkənin güc strukturları etirazçılara qarşı zorakılıq tətbiq edir, kütləvi şəkildə həbs edir. Güney Azərbaycanın da bir çox şəhərlərində geniş vüsət alan etirazlarda indiyədək 400-dən çox insan həlak olub.


  • 21-11-2022, 09:40